
BAKI, 3 mart. TELEQRAF
Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasında fevral ayının qolu adına namizədləri açıqlayıb.
Teleqraf PFL-ə istinadən xəbər verir ki, bu ada yalnız əcnəbi futbolçular iddia edir.
"Beşliy"ə "Qarabağ"dan Patrik Andrade ilə (XXI tur, "Zirə" - "Qarabağ" - 3:2) Leandro Andrade (XXII tur, "Qarabağ" 5:0 "Səbail"), "Zirə"dən Salifu Suma ilə (XXI, "Zirə" - "Qarabağ" - 3:2) Rafael Utziq (XXIV tur, "Zirə" - "Kəpəz" - 2:0) və "Sabah"dan Cesse Sekidikanın (XXIV tur, "Qarabağ" - "Sabah" - 1:1) qolları daxil edilib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında ayın qolunu PFL-in tərtib etdiyi 11 nəfərlik münsiflər heyəti seçir.