BAKI, 3 mart. TELEQRAF

AFFA İnzitam Komitəsi "Zirə" klubunu 1 200 manat cərimələyib.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb "qartallar"ın Azərbaycan Kubokunun 1/4 final mərhələsində evdə “Araz-Naxçıvan”a 0:2 hesabı ilə uduzduğu oyunda futbolçularının və azarkeşlərinin davranışları səbəb olub.

Klub 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb. Bundan başqa, komandanın azarkeşləri çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadasının ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə paytaxt təmsilçisi daha 500 manat məbləğində cərimələnib.

Qeyd edək ki, "Zirə" "Araz-Naxçıvan"a 0:2 (ilk oyun - 0:1) hesabı ilə uduzaraq Azərbaycan Kubokunda mübarizəni dayandırıb.