BAKI. 3 mart. TELEQRAF

"Neftçi"nin yeni transferi Bassalu Sambu 2 oyunluq diskvalifikasiya olunub.

Teleqraf xəbər verir ki, bu barədə qərarı AFFA İntizam Komitəsi qəbul edib.

İngiltərəli hücumçu fevralın 28-də Azərbaycan Kubokunda ¼ final mərhələsinin “Kəpəz”lə cavab görüşünün 58-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. İntizam Komitəsinin qərarına əsasən, 28 yaşlı forvard yarımfinalda "Sabah" komandasına qarşı hər iki matçı buraxmalı olacaq.

“Neftçi” klubu isə 1500 manat cərimə ödəyəcək.