
BAKI, 3 mart. TELEQRAF
Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu kumirlərinin adlarını açıqlayıb.
Teleqraf xəbər verir ki, portuqaliyalı hücumçu uşaq vaxtlarında Ronaldo və Ronaldinyonun oyunlarına baxaraq böyüdüyünü bildirib.
“Ronaldo və Ronaldinyo özlərindən sonra bir miras və tarix qoydular. Düzdür, onlardan daha çox fərdi titul qazanmışam, amma hər ikisi dünya çempionu olub. Mən onların oyunlarına baxaraq böyümüşəm və deyərdim ki, ikisi də mənim kumirimdir. Hansının daha yaxşı olmasının elə də əhəmiyyəti yoxdur. Əsas odur ki, onlar futbol tarixinə öz töhfələrini veriblər”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Kriştianu Ronaldu futbolçu karyerası boyu 925 qol vurub.