
BAKI, 3 mart. TELEQRAF
Braziliyalı futbolçu Neymar Paulista Liqasının pley-off matçında iti bucaqdan qol vurub.
Teleqraf xəbər verir ki, 33 yaşlı futbolçu evdə “Braqantino” ilə görüşün 9-cu dəqiqəsində birbaşa cərimə zərbəsindən fərqlənib.
Bu, Neymarın “Santos”a qayıtdıqdan sonra üçüncü qoludur.
Qeyd edək ki, matç “Santos”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.