BAKI, 3 mart. TELEQRAF

24 il əvvəl 17 yaşlı qızı zorlayan 58 yaşlı Rusiya vətəndaşı Omsk şəhərində məhkəmə qarşısına çıxarılacaq.

Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının region üzrə İstintaq Komitəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, hadisə 2000-ci ilin sentyabrında Omskun Karpinski küçəsində baş verib. Cinayəti törədən şəxs yetkinlik yaşına çatmayan, əvvəllər tanımadığı şəxslə görüşüb, onu döyüb və öldürməklə hədələyərək zorlayıb. Cinayətdən sonra məsuliyyətdən yayınmaq istəyən təcavüzkar Rusiyadan kənara qaçıb.

Ötən ilin sentyabrında həmin şəxs Rusiyaya qayıdıb və həbs edilib.