BAKI, 4 mart. TELEQRAF

Ötən gün axşam saatlarında Vətən müharibəsi şəhidi Vahid Ağayevin ana və atası dəm qazından vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb.

Hadisə Maştağa qəsəbəsində baş verib. Məcnun Ağeyev və Gülnaz Ağayevanın dəfn mərasimi bu gün Maştağada baş tutacaq.

Qeyd edək ki, Vahid Ağayev 1996-cı ilin sentyabrın 14-də Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. Vətən müharibəsində Xocavənd, Füzuli, Cəbrayıl və Şuşada döyüşüb.

2020-ci il noyabrın 11-də Şuşada şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Vahid Ağayev subay idi. Onun ailəsindən yalnız sağlamlıq imkanları məhdud qardaşı sağ qalıb.