
BAKI, 2 mart. TELEQRAF
Türkiyə I liqasında 27-ci tura start verilib.
Teleqraf xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” evdə “Ərzurumspor”u qəbul edib - 0:0.
Matça ehtiyat oyunçular skamyasından başlayan İsgəndərli 90-cı dəqiqədə meydana çıxıb və 5 dəqiqə oynamaq şansı olub.
30 yaşlı yarımmüdafiəçi oyunda qayda pozuntusuna da yol verib.
Qeyd edək ki, bu nəticə ilə “Ərzurumspor” 45 xalla dördüncü, Boluspor isə 38 xalla onuncu pillədə qərarlaşıb.