
BAKI, 2 mart. TELEQRAF
Asiya Çempionlar Liqasının 1/8 final məhələsinin ilk oyununda “Əl-Nəsr”in dünyaca məşhur ulduzu Kriştianu Ronaldu meydana çıxmayacaq.
Teleqraf xəbər verir ki, Səudiyyə Ərəbistanı komandası sabah Tehranda “İstiqlal”ın qonağı olacaq. Portuqaliyalı futbolçunun adı İrana yollanan siyahıya daxil edilməyib.
Yada salaq ki, bir müddət öncə ərəblərin Ronaldunun təhlükəsizliyini təmin etmək məqsədi ilə “İstiqlal” – “Əl-Nəsr” matçının neytral meydanda keçirilməsi xahişi ilə İran klubuna müraciət etməsi barədə xəbərlər yayılmışdı. Səudiyyə klubunun tələbini İran tərəfinin rədd etdiyi bildirilirdi.