BAKI, 1 mart. TELEQRAF

“Şaxtyor”un və Ukrayna millisinin oyunçusu Georgi Sudakov karyerasını İtaliyada davam etdirə bilər.

Teleqraf “EuropaCalcio” nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə “Yuventus” və “Napoli” yaxından maraqlanır.

Bir müddət öncə Sudakov “Corriere dello Sport”a müsahibəsində "Yuventus" və "Napoli"dən rəsmi təkliflər aldığını bildirmişdi. Lakin “Şaxtyor” rəhbərliyi Georgini komandanın əsas oyunçusu hesab edərək, heyətdə saxlamaq qərarına gəlmişdi.

Yarımmüdafiəçi bildirib ki, A seriyasının ən yaxşı oyunçuları ilə rəqabət aparmaq ideyası onu cəlb edir, lakin yekun qərarı klubu verəcək.

Xatırladaq ki, ötən il “Napoli” futbolçunun mümkün transferi ilə bağlı Donetsk klubu ilə danışıqlar aparıb. Ukraynalıların 50 milyon avro qiymət qoyduğu oyunçuya İtaliya klubu 40 milyon təklif etmişdi.