BAKI, 1 mart. TELEQRAF

ABŞ prezidenti Donald Tramp artıq Ukrayna ilə təbii resurslar barədə müqavilə bağlamaqda maraqlı deyil.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Uzun müddətdir ki, ABŞ prezidenti Ukraynanın təbii resurslarına diqqət yetirir. O, konkret məbləğlər göstərməklə qarşılığında Kiyevə daha çox yardım təklif ediləcəyini bildirmişdi. Lakin heç bir şey planlaşdırıldığı kimi getmədi", - məlumatda deyilir.