
BAKI, 1 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukrayna rəhbəri Volodimir Zelenski ilə qalmaqallı söhbətindən sonra onun üçün nəzərdə tutulmuş ziyafətə Ağ Ev əməkdaşlarını dəvət edib.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın "Sky News" telekanalı məlumat yayıb.
Məlumatda deyilir: "Tramp Ağ Evin qərb qanadında yerləşən komandasının üzvlərini Volodimir Zelenski üçün nəzərdə tutulan şam yeməyinə dəvət edib".