
BAKI, 1 mart. TELEQRAF
Hazırda Bakıda yollarda vəziyyət təhlükəli olaraq qalır.
Teleqraf xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi pis hava şəraitində çəkilən fotoları yayıb.
Bir daha sürücülərin diqqətinə çatdırılır ki, enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının olması nəzərə alınmalı və zəruri təhlükəsizlik qaydalarına əməl edilməlidir.