BAKI, 1 mart. TELEQRAF

Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Teleqraf xəbər verir ki, polis əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı 1 ədəd avtomat aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.