
BAKI, 1 mart. TELEQRAF
"Ukrayna Prezidentinin istefası barədə qərarı yalnız bu ölkənin vətəndaşları verə bilər".
Teleqraf xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski “Fox News” telekanalına müsahibəsində deyib.
O bildirib: “Qərarı yalnız Ukrayna xalqı verə bilər... Əgər kimsə məni istəmirsə, olsun".
Qeyd edək ki, Respublikaçılar Partiyasını təmsil edən Lindsi Qrem Ağ Evdəki məlum mübahisəli görüşdən sonra Ukrayna Prezidentini isteyafa səsləmişdi.