
BAKI, 1 mart. TELEQRAF
Papa Fransiskin səhhəti pisləşməkdə davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti xəbər verib.
Bildirilir ki, Fransisk növbəti bronxospazm tutması keçirib. Bu da Papanın ümumi vəziyyətinə acınacaqlı təsir edib.
Papa yenidən süni nəfəs aparatına qoşulub, ciddi həkim nəzarəti altındadır.