BAKI,1 mart. TELEQRAF

Fransanın PSJ klubu İspaniya "Barselona"sının futbolçusu Qavi ilə maraqlanır.

Teleqraf "El Nacional"a istinadən xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi ispaniyalı yarımmüdafiəçinin keçidi üçün böyük məbləğ ödəməyə hazırlaşır.

Kataloniya klubu 20 yaşlı futbolçusunu satmaq istəməsə də, PSJ-nin hazırladığı 100 milyon avroluq təklif onların fikrini dəyişə bilər.

Qeyd edək ki, Qavi "Barselona"nın yetirməsidir. O, cari mövsüm ərzində meydana çıxdığı 24 oyunda 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.