BAKI, 1 mart. TELEQRAF

Beynəlxalq reytinqi agentliyi "Standard & Poor's" (S&P) Fransanın kredit reytinqi proqnozunu mənfiyə dəyişib.

Teleqraf xəbər verir ki, S&P-nin açıqlamasında Fransanın uzun və qısamüddətli xarici valyuta və yerli valyutada kredit reytinqini "AA-/A-1+" olaraq təsdiqləndiyini bildirilib.

Ölkənin dövlət maliyyəsinin zəiflədiyinə diqqət çəkən qiymətləndirmədə kredit reytinqi proqnozunun sabitdən mənfiyə dəyişdirildiyi qeyd edilib.

Bəyanatda ölkədə büdcə konsolidasiyasına balanssız siyasi dəstəyin olduğu və 2025-ci ildən sonrakı maliyyə strategiyasının qeyri-müəyyən qaldığı bildirilib.

Fransanın ümumi daxili məhsulunun (ÜDM) artımının bu il 1 faizdən aşağı düşəcəyi təxmin edildiyi və bunun maliyyə perspektivini daha da gərginləşdirəcəyi proqnozlaşdırıldığı vurğulanıb.

Dövlət maliyyəsinə təzyiqlər və islahatlara siyasi dəstəyin məhdudlaşdırılmasına toxunulan bəyanatda bu səbəbdən reytinq proqnozunun yenidən nəzərdən keçirildiyi əlavə edilib.