BAKI, 1 mart. TELEQRAF

Azərbaycanın meşə fındığının ixracından gəliri artıb.

Teleqraf xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda bildirilir ki, bu ilin yanvar ayında 13,9 milyon dollar dəyərində meşə fındığı ixrac edilib.

Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 3,7 milyon dollar və ya 36 faiz çoxdur.

2024-cü ilin yanvar ayında 10,2 milyon dollar dəyərində meşə fındığı ixrac edilmişdi.