BAKI, 1 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski etiraf edib ki, mineral resurslarla bağlı razılaşmanın taleyi ABŞ-dən asılıdır.

Teleqraf xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində bildirib.

Ukrayna lideri deyib: “Düşünürəm ki, sazişə imza atmalıdırlar. Ölkələr, nazirlər imzalamalıdırlar. Vəssalam. Bunu nə vaxt edəcəklərini bilmirəm. Bu, Amerika tərəfindən asılıdır".