BAKI, 1 mart. TELEQRAF

Dələduzluqda ittiham olunan general-moyor İvan Popov Rusiya ordusu sıralarından xaric edilib və onun adı təyin olunduğu hərbi hissənin siyahısından çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Təsadüfən öyrəndim ki, ötən il dekabrın 26-da silahlı qüvvələrdən tərxis edilmişəm və bölmənin siyahısından çıxarılmışam. Sonradan məlum olub ki, 2024-cü il iyunun 1-dən Rusiya Müdafiə Nazirliyi məni məzuniyyətə göndərib və mən bu məzuniyyəti faktiki olaraq istintaq təcridxanasında keçirmişəm", - Popov deyib.

Generalın sözlərinə görə, heç kim ona ordudan qovulması barədə rəsmi məlumat verməyib: “İndiyədək sərəncamdan çıxarış, bildiriş görməmişəm. Bir dəfə də olsun, arayış imzalamamışam, hərbi həkim komissiyasından keçməmişəm. Həmçinin şəxsi işimin, arayışlarımın harada olduğunu bilmirəm. Heç bir rəsmi xəbərdarlıq almamışam”.