BAKI, 1 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskini sülhdənsə, döyüşmək istəməkdə ittiham edib. Amma Zelenski “Fox News”a müsahibəsində bunu yalanlayıb.

Teleqraf xəbər verir ki, o, müharibənin dayandırılması üçün Ukraynanın şərtini də açıqlayıb.

“Heç kim müharibənin bitməsini biz ukraynalılar qədər istəmir. Amma sülh sadəcə müharibənin olmaması deyil”, - Zelenski deyib.

Ukrayna lideri qeyd edib ki, Tramp ukraynalılara təcavüzkara (Rusiyaya) müqaviməti dayandırmağı əmr edə bilməz:

“Heç kim dayanmayacaq, çünki hamı Putinin sabah qayıdacağından qorxur”.

Zelenskinin sözlərinə görə, o, Rusiya ilə danışıqlara açıqdır, amma bir şərtlə ki, ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti versin.

Xatırladaq ki, Ukrayna prezidentinin dünən axşam Ağ Evdə Trampla görüşü gərgin keçib. Liderlər arasında mübahisə düşüb. Zelenski Trampın təhqiramiz ifadə və davranışlarına sərt təpki verib.