
BAKI, 1 mart. TELEQRAF
İsveçli ikiqat olimpiya çempionu Armand Duplantis Klermonda (Fransa) keçirilən turnirdə şüvüllə tullanmada 6,27 m nəticə göstərərək dünya rekordunu yeniləyib.
Teleqraf xəbər verir ki, idmançı 11-ci dəfə dünya rekordunu qırıb. O, sonuncu dəfə 2024-cü ilin avqustunda Polşada keçirilən turnirdə 6,26 m nəticə ilə rekord təzələmişdi.
Qeyd edək ki, 25 yaşlı Duplantis Tokio və Parisdə keçirilən Olimpiya Oyunlarının qalibi olub. İdmançı həm də ikiqat dünya və üçqat Avropa çempionudur.