
BAKI, 1 mart. TELEQRAF
“Sülh sazişi bağlamaq istəməyən liderlə iqtisadi razılaşma əldə etmək çox çətindir”.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasındakı debatdan sonra ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.
Zelenskinin ABŞ xalqına hörmətsizlik etdiyini iddia edən Bessent “onun bura gəlib belə davranması qəbuledilməz idi”deyə, əlavə edib:
"Prezident Zelenski ilə Kiyevdə uzun və qızğın danışıqlar apardıq, iqtisadi razılaşma əldə edəcəydik. Lakin bundan sonra vəziyyətin necə dəyişəcəyini söyləmək çətindir. Zelenski ilə danışıqların davam etdirilib-etdirilməyəcəyi ABŞ prezidentindən asılıdır".
Bessent həmçinin qeyd edib ki, hökumət xərcləri azaldıb özəl sektoru yenidən aktivləşdirdiyi üçün 6-12 ay ərzində “Tramp iqtisadiyyatı” başlayacaq.
İqtisadiyyatı yenidən özəlləşdirəcəklərini açıqlayan Bessent bildirib ki, yeni enerji proqramı yaradıldıqdan və vergi endirimlərimdən sonra FES-in 2 faizlik inflyasiya hədəfinə nail olunacaq.