BAKI, 1 mart. TELEQRAF

"ABŞ və Avropa ölkələri 3 ildir ki, Ukraynanı silahla təmin edir. Onlar pilotsuz təyyarələr, zirehli transportyorlar və kisələrlə pul verirlər. Ən böyük dəstək Co Bayden administrasiyasından gəlmişdi".

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio CNN telekanalına müsahibəsində deyib.

O bildirib ki, əgər Birləşmiş Ştatlar Kiyevə silah tədarük etməyə başlamasaydı, münaqişə bir neçə günə bitəcəkdi.

Rubio Avropanın Ukraynaya daha az dəstək verdiyini bir daha vurğulayıb və qeyd edib ki, Birləşmiş Ştatlar Ukrayna Silahlı Qüvvələrini daha çox silahla təmin edib.