BAKI, 1 mart. TELEQRAF

Məşhur argentinalı futbol ulduzu Lionel Messi maraqlı açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

Teleqraf xəbər verir ki, hücumçu “Apple Music”ə müsahibəsində karyerasının bu qədər uğurlu alınacağını gözləmədiyini etiraf edib: “Belə bir karyeram olacağını təsəvvür etməzdim. Yeganə məqsədim peşəkar futbolçu olmaq idi. Uşaqlıqdan futbol oynamağı xoşlayırdım. Klublarda və yığmada hər şeyə nail oldum. Əldə etdiyim nailiyyətlərimə görə Allaha minnətdaram”.

Qeyd edək ki, karyersının ən yaxşı parlaq illərini “Barselona”da (İspaniya) keçirən Messi hazırda ABŞ-nin “İnter Mayami” klubunda çıxış edir. Ulduz futbolçu Argentina yığmasının heyətində dünya çempionu adını da qazanıb.