
BAKI, 28 fevral. TELEQRAF
Polşanın Baş naziri Donald Tusk ABŞ lideri Donald Trampla mübahisəsindən sonra Ukrayna Prezidenti Volodimir Zelenskini müdafiə edib.
Teleqraf xəbər verir ki, siyasətçi X sosial şəbəkəsindəki səhifəsində dəstəyini ifadə edib.
O yazıb: “Hörmətli Zelenski, əziz ukraynalı dostlar, siz tək deyilsiniz”.
Fevralın 28-də Ukrayna Prezidenti Zelenski ABŞ-li həmkarı Trampla görüşmək üçün Vaşinqtona gedib. Siyasətçilər arasında mübahisə yaranıb və Zelenski görüşü yarımçıq tərk edib.