BAKI, 1 mart. TELEQRAF

Azərbaycanda Ramazan ayı başlayıb.

Teleqraf xəbər verir ki, bu il Ramazan ayının 1-i miladi təqvimlə martın 1-nə təsadüf edir.

Qədr gecələri 18, 20, 22 və 26 mart tarixlərinə düşür.

Martın 30-da isə fitr bayramı qeyd olunacaq.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramıdır.

Ramazan ayının ilk gününün imsak və iftar vaxtı:

İmsak - saat 05:49.

İftar - saat 18:47.

İftardan qabaq oxunan dua:

İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Həqiqətən, sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!

Ramazan ayının 1-ci gününün duası:

Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin.

Tərcüməsi:

İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafil olanlardan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin Rəbbi. Məni bağışla, ey günahkarları bağışlayan!