BAKI, 1 mart. TELEQRAF

"ABŞ-nin dəstəyi Ukrayna üçün çox vacibdir".

Teleqraf xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko öz Teleqram kanalında yazıb.

O, Vaşinqtonda Ukrayna lideri Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasındakı mübahisəyə münasibət bildirib.

V.Kliçko vurğulayıb: “Ümid edirəm ki, Ukrayna ABŞ-nin dəstəyini qoruyub saxlaya biləcək, bu, bizim üçün çox vacibdir. Bu gün emosiyalar zamanı deyil. Biz ümumi mövqelər axtarmalıyıq".

Kliçkonun sözlərinə görə, ABŞ və Ukrayna arasında əməkdaşlıq və etibarlı münasibətlər Avropada təhlükəsizlik və sabitlik üçün çox vacibdir.