
BAKI, 28 fevral. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampa "dəstəy"inə görə təşəkkür edib.
Teleqraf xəbər verir ki, o, X sosial şəbəkəsindəki səhifəsində bildirib.
O yazıb: “Təşəkkür edirəm, Amerika, dəstəyə görə təşəkkür edirəm, bu səfərə görə təşəkkür edirəm. Trampa, Konqresə və Amerika xalqına təşəkkür edirəm”.
Zelenski həmçinin qeyd edib ki, Ukraynanın ədalətli və davamlı sülhə ehtiyacı var və buna nail olmaq üçün çalışmağa davam edəcək.
Fevralın 28-də Zelenski ABŞ Prezidenti Trampla görüşmək üçün Vaşinqtona gedib. Siyasətçilər arasında ünsiyyət gərgin olub və Zelenski görüşü yarımçıq tərk edib.