BAKI, 27 fevral. TELEQRAF

"Sumqayıt" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Sabahı"ı qəbul edib.

Teleqraf xəbər verir ki, FIFA referisi Elçin Məsiyevin idarə etdiyi matç Masazır təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmada "Sabah"dan qolları Anatoli Nuriyev, Xəyal Əliyev, Coy-Lens Mikels və Amin Seydiyev vurub.

İlk oyunda 0:0 hesablı heç-heçə qeydə alındığından, "bayquşlar" növbəti mərhələyə vəsiqə qazanıb.

"Sabah" yarımfinalda "Neftçi" - "Kəpəz" (ilk oyun 2:0) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu gün 1/4 final mərhələsinin "Qarabağ” və "Səbail" arasındakı cavab oyununda Ağdam təmsilçisi 3:1 hesabla qələbə qazanaraq növbəti mərhələyə yeksəlib. Ağdam təmsilçisi yarımfinalda "Zirə" - "Araz-Naxçıvan" cütünün qalibi ilə (ilk oyun - 0:1) üz-üzə gələcək.

1/4 final mərhələsinin qalan iki cavab görüşü fevralın 28-də keçiriləcək.