
BAKI, 27 fevral. TELEQRAF
"Son iki oyunda bu komandaya vurmadığımız qolları bu gün vurduq".
Teleqraf xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunun 1/4 final mərhələsində səfərdə "Sumqayıt"a 4:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra mətbuat konfransında deyib.
Kubok matçlalarının çox çətin keçdiyini deyən 43 yaşlı mütəxəssis növbəti mərhələdə görüşəcəkləri istənilən komandaya qarşı şansları yüksək sayıb:: "Neftçi" - "Kəpəz" oyunu hələ sabahdır, ona görə də öncədən heç nə demək istəmirəm".
O, komandasının 4 qol vurmasını belə şərh edib: "Hava şəraitinə görə qol epizodlarımız üzərində istədiyimiz qədər məşq etmirdik, amma keyfiyyətin kəmiyyətə çevriləcəyini əvvəldən demişdim".