
BAKI, 28 fevral. TELEQRAF
Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son iki cavab görüşü keçiriləcək.
Teleqraf xəbər verir ki, ikinci oyun günündə əvvəlcə "Zirə" "Araz-Naxçıvan"ı məğlub edəcək. Zirə İdman Kompleksində keçiriləcək qarşılaşmanı çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov idarə edəcək. İlk matçda Muxtar Respublika təmsilçisi minimal hesabla qələbə qazanıb.
Günün digər matçında "Neftçi" "Kəpəz"lə qarşılaşacaq. “Neftçi Arena”da baş tutacaq oyunun baş hakimi Rəşad Əhmədov olacaq. Bu komandalar arasındakı ilk oyunda “flaqman” 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, ötən gün keçirilən oyunlardan sonra "Qarabağ" və "Sabah" yarımfinala yüksəlib. "Zirə" - "Araz-Naxçıvan" cütünün qalibi "Qarabağ"a, "Neftçi" - "Kəpəz" duelinin üstün komandası isə "Sabah"a rəqib olacaq.
Azərbaycan kuboku
1/4 final, cavab oyunları
28 fevral
16:00. “Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Zirə İdman Kompleksinin stadionu
İlk oyun: 0:1.
19:30. “Neftçi” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov
VAR: Rəvan Həmzəzadə
AVAR: Kamran Bayramov
"Neftçi Arena".
İlk oyun: 2:0.