
BAKI. 25 fevral. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXV turunun iki oyunun tarixində dəyişiklik olunub.
Teleqraf Peşəkar Ftbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yayım və təşkilati işlərlə əlaqədar olaraq “Turan Tovuz” - “Zirə” və “Sabah” - “Araz Naxçıvan” görüşlərinin başlama saatları yenilənib.
Hər iki görüş açıqlanmış saatdan 30 dəqiqə tez - saat 17:30 və 19:30-da start götürəcək.
Qeyd edək ki, bu görüşlər martın 4-ü keçiriləcək.