BAKI, 24 fevral. TELEQRAF

"Mingəçevir" futbol klubunun müvəqqəti ev oyunlarını keçirəcəyi ehtiyat meydança hazır duruma gətirilib.

Teleqraf xəbər verir ki, Mingəçevir təmsilçisi I Liqada XVI turun "Difai" ilə görüşünü məhz Yaşar Məmmədzadə adına şəhər stadionunun süni örtüklü ehtiyat meydançasında keçirəcək..

Bu, klubun iş adamı Adnan Əhmədzadəyə məxsus ASTA ilə tərəfdaşlıq müqaviləsini imzalamasından sonra doğma şəhərdə ilk ev oyunu kimi tarixə düşəcək.

"İşıqlar şəhəri"nin komandası bunadək XIII və XIV turun oyunlarını Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda keçirib.

Qeyd edək ki, "Mingəçevir" - "Difai" oyunu fevralın 27-də saat 14:00-da baş tutacaq.