
BAKI, 25 fevral. TELEQRAF
İran nüvə proqramı ilə bağlı Rusiya və Çinlə məsləhətləşmələrini davam etdirəcək. İran və Rusiya mütəxəssisləri nüvə proqramı ilə bağlı əməkdaşlıqda davamlı olacaqlar.
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrov ilə birgə keçirdikləri mətbuat konfransında bildirib.
"Biz İranın nüvə proqramı mövzusunu müzakirə etdik. Bizim mütəxəssislər birbaşa əlaqə saxlayırlar və bu əlaqələri davam etdirəcəyik. Nüvə məsələsində Rusiya və Çin, tərəfdaşlarımızla koordinasiyamızı davam etdirəcəyik", – o vurğulayıb.
Qeyd edək ki, bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda işgüzar səfərdədir.