
BAKI. 24 fevral. TELEQRAF
Formula 1-də çıxış edən "Mercedes" komandası 2025-ci ilin yeni bolidini təqdim edib.
Teleqraf xəbər verir ki, avtomobilə W16 adı verilib. Bu mövsüm komandanı böyük britaniyalı Corc Rassell və italiyalı debütant Andrea Kimi Antonelli təmsil edəcək.
Qeyd edək ki, 2024-cü ildə "Mercedes" Konstruktorlar Kubokunda 4-cü yeri tutub. Fərdi mübarizədə isə Corc Rassell 6-cı, Lüis Hemilton 7-ci yeri tutub. 7 qat dünya çempionu Hemilton bu ildən "Ferrari"ni təmsil edəcək.