BAKI, 25 fevral. TELEQRAF

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.

Teleqraf xəbər verir ki, o, UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Fənərbağça” (Türkiyə) – “Reyncers” (Şotlandiya) oyununun UEFA Matç Direktoru (UEFA Venue Director) olacaq.

Qeyd edək ki, qarşılaşma martın 6-da İstanbulun “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.