BAKI, 24 fevral. TELEQRAF

Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov Polşanın "Radomyak" klubuna keçib.

Teleqraf klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, 26 yaşlı hücumçu Türkiyənin "Ankaragücü" klubundan ayrılaraq Radom təmsilçisi ilə sonradan uzatmaq şərti ilə cari mövsümün sonuna qədər müqavilə bağlayıb.

Dadaşov 2024-cü ilin yayından "Ankaragücü"nün şərəfini qoruyurdu.

Qeyd edək ki, Renat Dadaşov qış transfer pəncərəsindən sonra "Ankaragücü"nün heyətindən kənarlaşdırılıb. O, cari mövsüm ərzində meydana çıxdığı 17 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.