
BAKI, 25 fevral. TELEQRAF
Rusiya imperatoru I Pyotrun Ukraynanın Poltava şəhərindəki abidəsi qoyulduğu yerdən götürülüb.
Teleqraf xəbər verir ki, bu barədə Poltava meri vəzifəsini icra edən Katerina Yamşikova məlumat verib.
Mer abidənin Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin qərarına əsasən götürüldüyünü bildirib.
“Bu addım dövlətin müstəmləkəsizləşdirilməsi siyasətinin mühüm tərkib hissəsidir”, - mer deyib.
Yamşikova qeyd edib ki, qərar mövcud qanunvericiliyə uyğun və bütün zəruri prosedurlara riayət olunmaqla qəbul edilib.