
BAKI. 25 fevral. TELEQRAF
ABŞ-ın "İnter Mayami" klubunun və Argentina millisinin futbolçusu Lionel Messi yaxın gələcəkdə İspaniya "Barselona"sına qayıdacaq.
Teleqraf xəbər verir ki, bu barədə jurnalist Aleks Kandal bildirib. Onun sözlərinə görə, Messi yenilənmiş "Kamp Nou"da oynamadan karyerasını bitirməyə hazır deyil.
Kandal vaxtilə Messinin "İnter Mayami"yə keçəcəyini də hamıdan əvvəl açıqlamışdı.
Qeyd edək ki, Lionel Messi "İnter Mayami"yə 2023-cü ilin yayında keçib. Onun ABŞ klubu ilə müqaviləsi 2025-ci ilin sonunadəkdir. Messi "Barselona"da 2004 - 2021-ci illərdə çıxış edib və 778 oyunda 672 qol vurub, 303 məhsuldar ötürmə verib.