BAKI, 11 fevral. TELEQRAF

İtaliya A seriyasında 24-cü turun son oyununda “İnter” öz meydanında “Fiorentina”nı məğlub edib – 2:1.

Teleqraf xəbər verir ki, oyunda hesab 28-ci dəqiqədə açılıb. “Fiorentina”nın xorvat futbolçusu Marin Ponqraçiç avtoqolla diqqət mərkəzinə düşüb. İlk hissənin sonuna yaxın qonaq komandadan Rolando Mandraqora hesabı bərabərləşdirib.

“İnter”in qələbə topunu isə oyunun 56-cı dəqiqəsində avstriyalı təcrübəli futbolçu Marko Arnautoviç vurub.

Vacib qələbə qazanan “İnter” lider “Napoli”yə yaxınlaşıb. Hazırda “Napoli”nin 55, “İnter”in 54 xalı var. “Fiorentina” 42 xalla 6-cı sırada mövqe tutub.