BAKI, 11 fevral. TELEQRAF

Bu gün Çempionlar Liqasının (ÇL) 1/8 finalına vəsiqə uğrunda pley-off görüşlərinin ilk oyunları start götürəcək.

Teleqraf xəbər verir ki, ilk oyun günü 4 matç keçiriləcək.

Ən maraqla gözlənilən qarşılaşma İngiltərədə baş tutacaq. “Mançester Siti” yerli azarkeşləri önündə “Real”ı qəbul edəcək.

“Real” turnirin son qalibidir. 2023/24 mövsümündə “Kral Klubu” ¼ final mərhələsində “Mançester Siti”ni mübarizədən kənarlaşdırıb.

“Mançester Siti” isə 2022/23 mövsümündə ÇL-in qalibi olub. Həmin mövsümdə isə İngiltərə təmsilçisi “Real”ı yarımfinalda üstələyib.

Təkrar pley-off oyunları fevralın 18-19-da keçiriləcək.

11 fevral

21:45 “Brest” (Fransa) – PSJ (Fransa)

00:00 “Yuventus” (İtaliya) – “PSV Eyndhoven” (Hollandiya)

00:00 “Mançester Siti” (İngiltərə) – “Real” (Madrid, İspaniya)

00:00 “Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)

12 fevral

21:45 “Brügge” (Belçika) – “Atalanta” (İtaliya)

00:00 “Seltik” (Şotlandiya) – “Bavariya” (Almaniya)

00:00 “Feyenoord” (Hollandiya) – “Milan” (İtaliya)

00:00 “Monako” (Fransa) – “Benfika” (Portuqaliya)