![](https://teleqraf.az/storage/2025/02/12/715x378/319021.jpg)
BAKI,12 fevral.TELEQRAF
ABŞ Prezidenti Donald Trampın yeni tarif siyasəti "Coca-Cola"nın plastik qablaşdırmadan istifadəsini artıra bilər. Şirkət alüminium və polada idxal vergisinin 25% artırılmasından sonra içkilərini plastik butulkalarda satmağın daha sərfəli olduğunu açıqlayıb.
Teleqraf BBC-yə istinadən xəbər verir ki, şirkət, alüminium butulkaların qiymətinin artacağı halda PET plastik butulkaların daha sərfəli olduğunu vurğulayıb. "Coca-Cola" 2035-ci ilə qədər təkrar istifadə olunmuş materialların 35-40% istifadə ediləcəyini açıqlayıb. Bu da daha əvvəlki 50% hədəfinə nisbətən aşağıdır.
Qeyd edək ki, şirkət plastik butulkalardan istifadəyə görə daim tənqid edilib.