![](https://teleqraf.az/storage/2025/02/11/715x378/barkola.jpg)
BAKI, 11 fevral. TELEQRAF
İspaniyanın "Barselona" klubu Fransa PSJ-sinin futbolçusu Bredli Barkola ilə maraqlanır.
Teleqraf "El Nacional"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi gələn yay 22 yaşlı cinah yarımmüdafiəçisini satınalma şərti ilə icarəyə götürməyi planlaşdırır.
Fransalı oyunçu, İtaliyanın "Napoli" klubundan transfer olunan Xviça Kvaratsxeliyaya görə əsas heyətdəki yerini itirdiyi üçün bu keçidə müsbət yanaşır.
Barkola 2023-cü ildən PSJ-nin şərəfini qoruyur. Onun Paris klubu ilə müqaviləsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Bredli Barkola cari mövsüm ərzində meydana çıxdığı 33 oyunda 15 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.