BAKI, 11 fevral. TELEQRAF

“Kubok oyunu olmasaydı, normal mübarizə aparardıq”.

Teleqraf xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Cavid Hüseynov Azərbaycan Premyer Liqasının XXII turunda “Qarabağ”a səfərdə 0:5 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransında deyib.

36 yaşlı mütəxəssis görüşün böyük hissəsini bərabər mübarizə şəraitində keçirdiklərini söyləyib: “60-65 dəqiqə çox yaxşı oynadıq. Zədəlilərimiz də var. Kubok oyununun da bu qarşılaşmaya təsiri oldu ki, 90 dəqiqə çatdıra bilmədik. Dünən məşqdə də bəzi futbolçular iştirak edə bilmədi. Heyətimiz xeyli kasad olduğundan, belə nəticə alındı. Qorka Laruççanı dünənki məşqdə gördük ki, xəstələnib".

Qeyd edək ki, "Səbail" Azərbaycan Premyer Liqasında 22 turdan sonra 16 xalla sonuncu pillədə qərarlaşıb.