BAKI, 12 fevral. TELEQRAF

Fevralın 23-də keçiriləcək 8-ci qurultayına hazırlaşan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeni şüarı bəlli olub.

Teleqraf xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

AKP qurultaya “Adında AK, işığında gələcək (“Adında AK, ışığında istikbal”) şüarı ilə gedəcək.

Hakim partiyanın əvvəlki şüarı belə idi: “Ümid, tətbiq və gələcəyin adı AK Partiya” (“Umudun, icraatın ve geleceğin adı AK Parti”).