BAKI, 12 fevral. TELEQRAF

Qobustan rayonunda sahibkarlarla görüş keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sosial şəbəkə hesabında məlumat verib.

O qeyd edib ki, Qobustanda regionun iqtisadi potensialı və sahibkarların inkişaf imkanları müzakirə edilib:

"KOBİA olaraq onların fəaliyyətini dəstəkləməyə, yeni imkanlar yaratmağa və bizneslərini daha da gücləndirməyə davam edirik. Yerli sahibkarlığın inkişafı üçün birgə çalışacağıq."