![](https://teleqraf.az/storage/2025/02/12/715x378/aqta_corek_(2).jpg)
BAKI, 12 fevral. TELEQRAF
Siqaret kötüyü çıxdığı iddia edilən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, mediada yayımlanan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən “Qarabağ” ASC-yə məxsus çörək emalı müəssisəsində agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub.
Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.