![](https://teleqraf.az/storage/2025/02/12/715x378/news_20230611072048.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Xarici dil fənni üzrə danışıq bloku imtahanı fevralın 16-da şifahi formada kompüter proqramı ilə vasitəsilə həyata keçiriləcək.
Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, iştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər:
"İştirakçılar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iştirakçı imtahana buraxılmayacaq. İştirakçılara danışıq bloku üzrə ümumi məlumat və imtahan qaydaları ilə yaxından tanış olmaq tövsiyə olunur".- məlumatda vurğulanır.